Azedu.az

Alimlərdən yeni araşdırma - ən qədim tapıntı müəyyən edildi

Araşdırma

31 Oktyabr 2025, 10:49
Alimlərdən yeni araşdırma - ən qədim tapıntı müəyyən edildi

Paleontoloqlar Sibirdə Yura dövrünün dənizlərində yaşamış qazıntı molyusklarının yeni növünü tapıblar.

Azedu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin "Nauka vı Sibiri" nəşri məlumat yayıb.

Bu kəşf həmin orqanizmlərin Avropadan Arktikaya və Cənub yarımkürəsinə miqrasiyasını izləməyə imkan verib.

"Lopatinia" qəbiləsindən olan ikilaylı molyuskların yeni növü Rusiya Elmlər Akademiyasının alimləri tərəfindən Anabar çayının orta axarında aşkarlanıb.

Qazıntı halında tapılan orqanizmlər Yura dövrünün son mərhələsində dənizlərdə yaşayaraq, dəniz dibindəki orqanik maddələrlə qidalanıblar. Bu növ Sibirdə yaşamış ən qədim molyusk kimi müəyyən edilib.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox