Çinin Honkonq şəhərində Asiya Elmlər Akademiyasının Birinci Baş Assambleyasında Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Asiya Elmlər Akademiyasının akademiki seçilib.
Bu barədə AzEdu.az-a Mikrobiologiya İnstitutundan bildirilib.
Asiya Elmlər Akademiyasının Birinci Baş Assambleyası Çin, Rusiya (Tatarıstan Respublikası, Çeçenistan, Respublikası, Dağıstan Respublikası və Başqırdıstan Respublikasının nümayəndələri), Hindistan, Yaponiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Pakistan, həmçinin Asiya ölkəsi olmayan ABŞ, Fransa, Yunanıstan və Moldova da daxil olmaqla müxtəlif ölkələri təmsil edən 120 nümayəndənin iştirakı ilə keçirilib.
Bundan əlavə, konfransda akademiyanın idarəetmə rəhbərliyi – prezident, vitse-prezidentlər, baş katib və rəyasət heyətinin üzvləri, elmi şuranın sədr müavinləri, müxtəlif komitələrin sədrləri, həmçinin həqiqi üzvlərin (akademiklərin), müxbir üzvlərin və institusional üzvlərinin seçilməsi təsdiqlənib.