Azedu.az

Tanınmış biologiya elmləri doktoru vəfat edib - FOTO

AMEA

21 Oktyabr 2025, 11:29
Tanınmış biologiya elmləri doktoru vəfat edib - FOTO

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov dünyasını dəyişib.

AzEdu.Az xəbər verir ki, bu barədə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu məlumat yayıb.

Məlumata görə, Ş.Bayramov oktyabrın 20-də qısa sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Şahniyar Bayramov 1961-ci il iyulun 1-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra elmi fəaliyyətini biologiya sahəsində davam etdirib və mühüm elmi nəticələr əldə edib.

170538

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox