İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti seçildi.
AzEdu.az xəbər verir ki,İsa Həbibbəyli 53 lehinə 0 əleyhinə olmaqla Sosial və İctimai Elmlər bölməsinin birinci vitse-prezidenti,İbrahim Quliyev isə 55 lehinə 0 əleyhinə olmaqla Təbiət və dəqiq elmlər bölməsinin birinci vitse-prezidenti seçilib.
AMEA-nın seçki kommisiyasının sədri Urxan Ələkbərov səs faizlərini təqdim edib və birinci vitse-prezidentləri təbrik edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-przident vəzifəsinin təsis edilməsi təklif edilib.
Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən iclasda iki istiqamətdə vitse-prezidentin təsis olunması təklif olunub.