“AMEA-ya büdcədənkənar daxil olan gəlirlərin həcmi 2%- təşkil edir”.
AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.
O, Azərbaycan Milli Elmlər Akademiyasında innovativ yeniliklərə az yer verildiyini bildirib:
“Hazırda Rusiya və Belarusiya Elmlər Akademiyasının büdcədənkənar gəlirlərinin həcmi 30%-dan çoxdur. Bizdə isə bu rəqəm 2% təşkil edir. Bu da elmi innovasiyaların aşağı səviyyədə olduğunu göstərir. Bu istiqamətdə 2020-ci ildən hazırlıqlara başlayacağıq”.
Qeyd edək ki, Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.