Türkiyədə 2025-ci ilə aid təhsil və məşğulluq sahəsində ciddi sosial və iqtisadi siqnallar verən yeni statistik göstəricilər açıqlanıb. Türk Eğitim Derneği’nin düşüncə quruluşu olan TEDMEM, OECD-nin “Bir Bakışta Eğitim 2025” (Education at a Glance 2025) sənədində yer alan Türkiyə məlumatlarını təhlil edərək, xüsusilə 18–24 yaş arası gənclərin vəziyyətini diqqətə çatdırıb.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, bu sənədə əsasən, 18–24 yaş arası gənclərin 31.3 faizi nə təhsil alır, nə də işləyir. Bu kateqoriya beynəlxalq səviyyədə NEET (Neither in Education, Employment or Training) olaraq tanınır və ciddi sosial təhlükə siqnalı kimi dəyərləndirilir. Müqayisə üçün, OECD ölkələrində bu göstəricinin ortalaması cəmi 14.1 faizdir, yəni Türkiyədəki göstərici demək olar ki, iki dəfə artıqdır.
NEET göstəricisi cinsiyyət baxımından da böyük fərqliliklər göstərir: Türkiyədə qadın gənclər arasında bu nisbət 41.6 faiz, kişilər arasında isə 22.1 faizdir. Bu fərq, qadınların təhsil və məşğulluq imkanlarına çıxışında ciddi maneələr olduğunu ortaya qoyur.
Lise (orta məktəb) məzunlarının istihdam faizi 63 faiz, universitet məzunlarının isə 75.4 faizdir. Halbuki OECD ortalamaları sırasıyla 77.6 və 87.1 faizdir. Bu, təhsil sistemindən əmək bazarına keçiddə ciddi bir boşluğun olduğunu göstərir.