2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq şəxslərdən biri də Mirqəni Hüseynlidir.
M.Hüseynli Oksford Universitetində magistratura səviyyəsi üzrə təhsil alacaq.
AzEdu.az M.Hüseynli ilə həmsöhbət olub.
"2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi ixtisasından məzun olmuşam. Daha sonra 2019-cu ildə Xəzər Universitetində eyni ixtisas üzrə magistr təhsili almışam. Biznesin idarə edilməsi sahəsində oxumaq istəyi idi. Fikirləşdim ki, niyə də xaricdə oxumayım? Dövlət Proqramının şərtləri araşdıranda başa düşdüm ki, biznesin idarə edilməsi prioritet ixtisas olmasa da, Top-10 universitetdən qəbul almaq mümkündür. Ona görə də müraciət etdim.
Dövlət Proqramında hazırlaşa biləcəyiniz mərhələ müsahibədir. Mən də həmin müsahibədən öncə çox düşündüm ki, hansı suallar verilə bilər və necə cavab versəm daha yaxşı olar. Psixoloji olaraq özümü hazırladım ki, inamlı olum, səlis danışım. Tam yüz faiz istədiyim kimi özümü göstərməsəm də, təəssüratlarım yaxşı idi. Çıxanda düşündüm ki, cavab almaq şansım var.
Hazırda Azərbaycan Respublikası Kosmik Agentliyində çalışıram. Bundan əlavə, bu ilin iyul ayında “Yüksəliş” müsabiqəsinin qalibi seçilmişəm.
Mən indiyədək mühəndis kimi fəaliyyət göstərmişəm. Ancaq magistraturanı biznesin idarə edilməsi üzrə oxuduğuma görə, gələcəkdə daha çox biznes və kommersiya yönümlü sahələrdə çalışmaq istəyirəm".