Azedu.az

Kembric Universitetinə qəbul olmaq mənim üçün qürurdur

Xaricdə təhsil

19 Avqust 2025, 17:23
Kembric Universitetinə qəbul olmaq mənim üçün qürurdur

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərdən biri də Fidan Cəfərovadır. 

F.Cəfərova Kembric Universitetində biznesin idarə olunması üzrə magistratura təhsili alacaq.

AzEdu.az onun təəssüratlarını öyrənib.

"Qəbul xəbərini alarkən iş mühitində olduğum üçün ilk iş yoldaşlarımla paylaşdım. Çox həyəcanlanmışdım. Daha əvvəl xaricdə olmuşam, amma London və Böyük Britaniyada heç vaxt olmamışam. 

Qəbələdə doğulmuşam, məktəbi də orada bitirmişəm. 2018-ci ildə 685 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum və Bakıya köçdüm. Həmin vaxtdan ailəmdən ayrı yaşayıram. Ona görə də düşünmürəm ki, yeni mühitə uyğunlaşmaqda çətinlik yaşayım.

Universitetdə maliyyə ixtisası üzrə ingilis dilində təhsil almışam.

Əslində, Böyük Britaniyada yalnız iki universitetə müraciət etmişdim. Birindən fevralda qəbul almışdım, amma o, MBA proqramı deyildi. Mən isə biznesin idarə edilməsi üzrə magistr oxumaq istəyirdim. Buna görə də son tarixə az qalmış digər universitetə müraciət etdim. Müsahibədən sonra qəbul cavabı gələndə çox təəccübləndim. Çünki ən çox istədiyim də məhz bu universitet idi. Həm proqramı, həm də adı mənim üçün xüsusi önəm daşıyırdı.

Ailəm həmişə qərarlarımı dəstəkləyib. Xüsusilə təhsil və karyera ilə bağlı atdığım addımlarda daim arxamda olublar. Universitetin ilk illərindən demişdim ki, xaricdə oxumaq istəyirəm. Qəbul xəbərimi eşidəndə onlar da çox sevindilər, qəbul olmağım ailəm üçün də böyük qürur oldu".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox