Azedu.az

Valideynlər təhsil üçün niyə qızlarını xaricə göndərməkdən çəkinir?

Xaricdə təhsil

Tələbələr

29 İyul 2025, 16:02
Valideynlər təhsil üçün niyə qızlarını xaricə göndərməkdən çəkinir?

Azərbaycanda dövlət dəstəyi ilə xarici ölkələrdə təhsil alan tələbələr arasında oğlanların sayı qızlara nisbətən daha çoxdur. Bu fərq valideynlərin qızlarını xaricə göndərməkdəki tərəddüdü ilə bağlıdır.

Sosioloq Lalə Mehralı mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşüb.

Məsələyə cinsi ayrı-seçkilik prizmasından yox, valideyn instinktindən baxmağı seçən müsahibimiz bildirib ki, düşüncə tərzimizdə qızları həmişə daha çox qorumaq kimi bir fikir formalaşıb: "Eyni yaşda olan oğlumuz üçün sanki daha az narahat oluruq.Qızların zərif olması, müdafiəsiz olması, hər hansı bir təhlükə anında zərər görə bilmə ehtimalı bizi daha çox qorxudur. Çünki oğlanların təbiətə görə daha çevik, özünü müdafiə edəcək formada yetişdirilməsi valideynlərin bir az narahatlığını azaldır. Amma qızlar üçün bu narahatlıq daim olur".

Xaricdə təhsil və valideyn narahatlığı

"Hətta qızı böyüyüb, ailə qurduqdan sonra belə valideyn narahat olur. Əgər təhlükə olsa, qızı özünü müdafiə edə bilərmi deyə düşünür. Yəni, qızlar üçün valideynlər həmişə fərqli bir yerdə olub, fərqli formada düşünüblər və qorumaq instikti həmişə valideyn üçün aktiv olub. O baxımdan, dünyanın hazırkı vəziyyəti, siyasi proseslər, iqtisadi vəziyyət, ümumiyyətlə, hazırkı dünya düzəni fonunda öz qızlarını oxumaq üçün xaricə göndərməsi məsələsi bütün valideynlər üçün bir az narahatlıq məsələsidir.

Bir az böyüsün, heç olmasa bakalavr pilləsini Azərbaycanda oxusun, magistr üçün xaricə getsin. Yəni, 18 yaşında, 17 yaşında övladını göndərməyi narahatlıq hesab edir valideynlər. Bu, tamamilə valideyn instinktinin nəticəsində gəlmiş bir düşüncə tərzidir.

Ona görə də elə zənn edirəm ki, burada cinsi ayrı-seçkilik məsələsini qabartmaq doğru olmaz".

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox