Heydər Əliyev liseyinin şagirdi Avropanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, Heydər Əliyev adına liseyin 11-ci sinif şagirdi Cəlal Rzayev Avropanın bir sıra nüfuzlu universitetlərinə tam və qismən təqaüdlə qəbul olub.
Cəlal Rzayev Niderlandın Rotterdam Erasmus Universitetində, Belçikanın KU Leuven və Brüssel Vrije universitetlərində, həmçinin Finlandiyanın Aalto Universitetində biznes ixtisası üzrə bakalavr təhsili almaq hüququ qazanıb.
Qeyd edək ki, Cəlal Rzayev təhsil göstəriciləri, eləcə də beynəlxalq imtahanlardakı nailiyyətləri ilə seçilən şagirdlərdəndir.