Azedu.az

Rusiyada Boloniya sisteminə son: Bakalavr təhsili ləğv olunur

Xaricdə Təhsil

4 Sentyabr 2025, 12:40
Rusiyada Boloniya sisteminə son: Bakalavr təhsili ləğv olunur

Rusiyada ali təhsil sistemində əhəmiyyətli struktur dəyişikliyi həyata keçirilməyə hazırlanır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin 1 sentyabr tarixindən etibarən ölkədə bakalavr pilləsi ləğv olunur və onun əvəzinə iki mərhələli yeni model  “əsas ali təhsil” və “ixtisaslaşdırılmış ali təhsil” sistemi tətbiq olunacaq. Bu dəyişiklik Rusiya Federasiyasının Boloniya prosesindən çıxmaq qərarının bir hissəsi kimi qiymətləndirilir və Avropa ali təhsil məkanından qismən uzaqlaşmanı simvolizə edir.

Yeni modelə əsasən, tələbələr əvvəlcə 5-6 illik fundamental təhsil alacaq, daha sonra isə seçdikləri ixtisas üzrə əlavə 1-3 il ərzində peşəkar ixtisaslaşma mərhələsinə keçəcəklər. Rusiya Təhsil Nazirliyi bu islahatın ölkə üçün daha çevik və əmək bazarına uyğun mütəxəssislər hazırlamaq məqsədi daşıdığını bildirir.

Əsas ali təhsil (5-6 il): Bu mərhələdə tələbələr geniş fundamental biliklər əldə edəcəklər və müəyyən ixtisaslar üzrə təməl hazırlıq keçəcəklər.İxtisaslaşdırılmış ali təhsil (1-3 il): Bu mərhələdə isə tələbələr seçdikləri sahə üzrə daha dərin və peşəkar biliklər əldə edəcəklər. Bu, magistraturanın funksiyalarına bənzəsə də, ayrı bir sistem olaraq tətbiq olunacaq.Yeni sistem yalnız 2026-cı ildən sonra qəbul olunacaq tələbələrə şamil ediləcək. Hazırda bakalavr və magistr proqramlarında təhsil alan tələbələr isə təhsillərini əvvəlki qaydada başa vuracaqlar.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox