“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” üzrə növbəti qəbul mərhələsinin nəticələri açıqlanıb. Proqram çərçivəsində seçim mərhələlərini uğurla tamamlayan 144 namizəd dövlət dəstəyi ilə xarici ölkələrin ali məktəblərində təhsil alacaq.
Onların bir çoxu dünyanın qabaqcıl universitetlərindən qəbul olunublar.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, qəbul olunan şəxslər arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alacaq gənclərin sayı 91 nəfər təşkil edir.
Bundan əlavə, Türkiyədə 22, Çində 14, ABŞ-də 11, İsveçrədə 2, Koreyada, İrlandiyada, Sinqapurda və Avstraliyada isə hər birində 1 nəfər olmaqla azərbaycanlı tələbələr təhsillərini davam etdirəcəklər.
Onlardan 42 nəfəri qız, 102 nəfəri isə oğlandır.
Qeyd edək ki, 144 nəfərdən 125-i bakalavriat, 19-u isə doktorantura pilləsi üzrə təhsil hüququ qazanıb.