Azedu.az

Xaricdə magistratura təhsili: Seçim zamanı vacib MƏQAMLAR

Xaricdə Təhsil

9 Oktyabr 2024, 11:11
Xaricdə magistratura təhsili: Seçim zamanı vacib MƏQAMLAR

Bakalavr təhsilini başa vurmuş bir çox tələbə magistratura təhsili almaq barədə qərara gəlir. Belə ki, tələbələrin əksəriyyəti bu arzusunu reallaşdırmaq üçün xaricə üz tuturlar.

 

Bəs, görəsən, magistratura təhsilini oxumaq üçün tələbələr ən çox hansı ölkələrə üz tutmalıdırlar?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, magistratura təhsil pilləsi seçimində ölkəyə deyil, universitetə və professorları nəzərə almaq daha məqsədəuyğundur:

Qoşqar Məhərrəmov

“Yəni tələbə bilməlidir ki, o, hansı mövzuda işləmək, hansı mövzuda tədqiqat aparmaq istəyir? Diqqət etmək lazımdır ki, bu sahəni dünyada ən yaxşı bilən hansı professorlar var? Daha sonra araşdırma aparılmalıdır ki, həmin professorlar və ya elm adamları hansı universitetlərdə dərs deyir. Magistratura "master" sözündən gəlir və mənası ustalaşma deməkdir. Ona görə də tələbə mütləq hansı sahədə ustalaşmaq istədiyini bilməlidir.

Eyni zamanda hansı ustadın (köhnə adla desək) çırağı, şagirdi olmaq istədiyini də müəyyənləşdirməlidir. Bütün bu suallara cavab tapan tələbə seçimini əlbəttə ki, doğru edəcək. Xaricdə təhsil almaq istəyən tələbələr ilk növbədə beynəlxalq reytinqlərdə yer alan 500 universitetə nəzər yetirməlidir”.

 

Həmsöhbətimiz vurğulayıb ki, tədris dili ingilis dili olan universitetdə təhsil almaq həmin tələbə üçün böyük üstünlükdür:

 

“Düşünürəm ki, magistratura pilləsini xaricdə oxumaq üçün dünya reytinqlərində yer alan ilk 100 universitetdən birini seçmək daha yaxşıdır. Bu sıralamada ilk pillədə Amerika və Qərbi Avropa universitetləri yer alır. Daha sonra İngiltərə, Almaniya, İsveç, Fransa, İtaliya, Çin və Yaponiya kimi ölkələrdə magistratura təhsili almağı məsləhət görərdim. Bu təhsil pilləsinin ən önəmli üstünlüyü tələbənin dil biliyi inkişaf etməsi, yeni mədəniyyət, ölkə ilə tanış olmasıdır.

 

Aldığı təhsil tələbəyə gələcəkdə daha yaxşı istiqamət verəcək. Məsələn xaricdə təhsil alan tələbələr tədqiqat bacarıqlarını daha yüksək səviyyədə inkişaf etdirə biləcəklər.

 

Sadalanan bütün cəhətlərə görə tövsiyə edərdim ki, tələbələrimiz magistratura təhsilini xaricdə alsınlar. Bundan sonra isə həmin tələbələr öz ölkələrinə qayıdıb, sahəsi üzrə peşəkar mütəxəssis olsunlar”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox