Dövlət İmtahan Mərkəzində oktyabrın 6-da növbəti SAT imtahanları (SAT and SAT with Essay ) keçirilib.
AzEdu.az xəbər verir ki, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub. İmtahanlarda 35 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin oktyabrın 19-da elan olunması gözlənilir. SAT with Essay imtahanının nəticələri isə 22-24 oktyabrda elan olunacaq. Nəticələrlə //sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/sat/