Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, Çağrı Mərkəzinin 146 – 8 nömrəli yeni telefon xətti artıq istifadəyə verilib.
Vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yaradaraq “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.