Azedu.az

Məktəb direktoru müəllimlərdən rüşvət alırmış

12 May 2023, 08:45
Məktəb direktoru müəllimlərdən rüşvət alırmış

Rusiyanın Sankt-Peterburg şəhərindəki 691 nömrəli məktəbin direktoru və onun iki müavini müəllimlərdən rüşvət almaqla bağlı həbs edilib.

Azedu.az saytı xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” portalı məlumat yayıb. Ehtimal olunur ki, rəhbərlik onların mükafatlarının bir hissəsini müəllimlərdən alırmış.

Polisin dediyinə görə, Nevskaya məktəbinin rəhbərliyi tabeliyində olanlardan “iş üçün əlverişli şərait yaratmaq”, yəni artan mükafatları ödəmək üçün pul tələb edib. Üç işçi bu tələblə razılaşıb və onlar 2022-ci ilin dekabrında direktora və müavinlərə rüşvət olaraq ümumilikdə təxminən 200 min rubl ödəyib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox