Azedu.az

İbtidai sinif şagirdləri üçün daha çətin olan tapşırıqlar

11 May 2023, 11:19
İbtidai sinif şagirdləri üçün daha çətin olan tapşırıqlar

Rusiyada "Uchi.ru" təhsil platforması ibtidai sinif şagirdlərinin müəllimləri və valideynləri arasında sorğu keçirib.

AzEdu.az xəbər verir ki, sorğunun nəticəsinə görə, müəllimlərin 28%-i uşaqlar üçün orfoqrafik səhvsiz sözləri yazmağın çətin olduğunu bildirib.

30% ibtidai sinif şagirdləri üçün riyaziyyatdan mətn məsələlərini həll etməyi əsas problem adlandırıb.
7 müəllimdən 6-sı qeyd edir ki, ibtidai sinif şagirdləri üçün məsələlərin əsas şərtlərini müəyyən etmək çətinlik yaradır. 

Hər 4 müəllimdən 1-i (24%) uşaqlara sözlərin kökündəki vurğusuz saitlərin müəyyən edilməsinin problem yaratdığını qeyd edib. Respondentlərin 7%-i şagirdlərin vurma cədvəlindən istifadə edərək misalları həll etməkdə çətinlik çəkdiklərini bildirib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox