Azedu.az

Məktəblərdə informatika müəllimləri çatışmır

Xaricdə Təhsil

18 Aprel 2023, 14:45
Məktəblərdə informatika müəllimləri çatışmır

Rusiya məktəblərində 3600-dən çox informatika müəllimi yeri boşdur.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federsiyası Dövlət Dumasının Təhsil Komitəsinin sədri Olqa Kazakova bildirib.

Vəziyyətin gərginliyi deputatları bu məsələni müzakirəyə çıxarmağa məcbur edib.

Komitə sədri əlavə edib ki, bu il pedaqoji universitetləri həmin sahə üzrə 1,4 min mütəxəssis bitirəcək. Amma bu tələbatı ödəmək üçün çox azdır.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Kondakov da bildirmişdi ki, Rusiya  məktəblərində informatika müəllimlərinin çatışmazlığı təxminən 25% təşkil edir. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox