Azedu.az

Məktəbli qız bədən tərbiyəsi dərsində aldığı xəsarətdən öldü

Xaricdə Təhsil

13 Aprel 2023, 13:59
Məktəbli qız bədən tərbiyəsi dərsində aldığı xəsarətdən öldü

Rusiya Federasiyasının Adıgey Respublikasında 10 yaşlı qız bədən tərbiyəsi dərsində aldığı xəsarətdən bir neçə gün sonra dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələrində məlumat yayılıb.

“İlkin olaraq müəyyən edilib ki, 2023-cü ilin martında Adıgey Respublikasının Krasnoqvardeyski rayonunun Hatukai aulunda 10 yaşlı qız məktəbdə bədən tərbiyəsi dərsində basketbol oynayarkən ayağından xəsarət alıb”, - deyə Rusiya İstintaq Komitəsinin Adıgey Respublikası üzrə İstintaq Komitəsi bildirib.

Adıgey Respublikası Krasnodar vilayətinin tibb müəssisələrinə kömək üçün müraciət edib.

“Vəziyyəti pisləşdikdən sonra azyaşlı uşağı respublikanın Krasnoqvardeyski rayonunun tibb müəssisəsinə yerləşdiriliblər. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, uşaq bir neçə saatdan sonra orada dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox