Bu gün Türkiyədə 12 mindən çox türkmən tələbə təhsil alır.
AzEdu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Xaricdəki Həmvətənlər və Qohum İcmalar İdarəsinin rəhbəri Sayit Yusuf bildirib.
İdarə rəisinin sözlərinə görə, o, Aşqabadda Türkmənistanın təhsil naziri Qurbangül Atayeva ilə “son dərəcə faydalı görüş” keçirib.
“Biz Türkmənistanla təhsil sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağı, daha çox bacarıqlı tükmən gənclərini Türkiyə universitetlərinə qəbul etməyi hədəfləyirik. Bu sahədə Türkiyə dövlətini təqdim etdiyi təqüdlərin sayının artırılması da gündəlikdədir” – deyə Sayit Yusuf bildirib.