Azedu.az

“Xaricdə hazırda təhsil alan şəxslər də proqrama müraciət edə bilər”-Şöbə müdiri

10 Noyabr 2022, 12:27
“Xaricdə hazırda təhsil alan şəxslər də proqrama müraciət edə bilər”-Şöbə müdiri

 

“Xaricdə hazırda təhsil alan şəxslər də Dövlət Proqramına müraciət edə bilərlər”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Təhsil TV”-nin efirində yayımlanan “Təhsil masası” həftəlik brifinqində qeyd edib.

 

Şöbə müdiri qəbulun tədris ilinin əvvəlindən elan edilməsinin namizədlər üçün lazımı şəraiti yaradacağını bildirib:

 

“Həmin vətəndaşlarımız hazırda tədrisin ilkin mərhələsindədirlərsə, bu proqrama müraciət edə bilirlər. Bildiyimiz kimi qəbul universitetlər üzrə  müxtəlifdir. Biz də proqramı tədris ilinin əvvəlində ictimaiyyətə açıqlamaqla vətəndaşlarımıza imkan yaradırıq ki, onlar rahat müraciət edə bilsinlər. Bəzən olur ki, vətəndaşımızın əlində qəbul sənədi olur, amma arzu etdiyi universitetdən olmur. Bu baxımdan qəbulun indidən elan edilməsi onlar üçün də şərait yaradır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox