Azedu.az

Doktorantura üzrə dövlət proqramına müraciət zamanı tövsiyə məktubu kim tərəfindən yazılır?-Rəsmi CAVAB

1 Fevral 2022, 17:00
Doktorantura üzrə dövlət proqramına müraciət zamanı tövsiyə məktubu kim tərəfindən yazılır?-Rəsmi CAVAB

 “Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün dövlət proqramına müraciət zamanı tələb olunanlardan biri də tövsiyə məktubudur”.

 

AzEdu.az xəbər verir ki, bunu 2019-2023 Dövlət Proqramı İdarəetmə qrupunun rəhbəri Turan Topalova xaricdə doktorantura təhsili üzrə sənəd qəbulundan danışarkən deyib.

 

Qrup rəhbəri tövsiyə məktubunun kimin tərəfindən yazıla biləcəyi məsələsinə aydınlıq gətirib:

 

“Bu məktub sizi çox yaxından tanıyan, bacarıqlarınıza bələd olan şəxslər tərəfindən yazılır. Həmin şəxs sizin birbaşa işlədiyiniz elmi rəhbər, yaxud təhsil aldığınız müəssisədə sizə dərs deyən professor ola bilər”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox