Azedu.az

Çində təqaüd proqramı ilə təhsil almaq istəyənlərin nəzərinə  

Xaricdə Təhsil

29 Dekabr 2021, 11:44
Çində təqaüd proqramı ilə təhsil almaq istəyənlərin nəzərinə  

Çin Xalq Respublikası 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına sənəd qəbulu 2022-ci il yanvarın 9-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox