Xaricdə təhsil almaq üçün bəzi ölkələr tərəfindən nəticəsi tələb olunan imtahanlardan biri də SAT-dır.
SAT (Scholastic Aptitude Test) imtahanı ilk olaraq Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün təşkil edilən imtahan idi. Ancaq daha sonra digər ölkələrdə bu imtahandan istifadə etməyə başladı . Hazırda isə azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə daha çox Türkiyənin prestijli dövlət universitetlərinə qəbul üçün müraciət edir.
AzEdu.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq TQDK-nın 2015- ci ilin yanvar ayının 24 – də SAT imtahanı götürməsinə baxmayaraq, əvvəllər başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirilirdi. SAT imtahanı vasitəsi ilə azərbaycanlı tələbələr ADA Universitetinədə qəbul ola bilərlər.
SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür
SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.
SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır
Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.
SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?
“ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır:
1.DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələri vasitəsilə;
2. Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə.
“ADA” Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1000 bal toplayan (esse tələb olunmur), həmçinin ya IELTS Academic üzrə minimum 5.5, ya IBT üzrə minimum 62, ya PTE üzrə minimum 42 və ya Duolingo English Test üzrə minimum 90 balı olan abituriyentlər də buraxılırlar. Qeyd olunan şərtləri ödəyən abituriyentlər təyin olunacaq vaxta kimi DİM-də “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar, həmçinin SAT və IELTS Academic (və ya IBT, yaxud digər tələb olunan) imtahanlarının nəticələrini DİM- ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər.
“ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olunmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.
“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.
Namizədlər imtahan nəticəsi ilə univertsitetə qəbul üçün müraciət etdikdən sonra “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak eməlidirlər. Müsahibə, əsasən, sənəd qəbulu prosesi bitdikdən sonra keçirilir.
Qeyd edək ki, SAT imtahanı ildə 7 dəfə, ortalama hər iki aydan bir keçirilir.