Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyanın (diplom,asttestat,sertifikat) tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq,TKTA ali təhsilin yalnız bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş xarici kvalifikasiyaların tanınmasını həyata keçirir.
Bəs tanınma üçün həm bakalavriat, həm də magistratura pilləsində hansı sənədlər tələb olunur?
AzEdu.az kvalifikasiyaların tanınması üçün lazım olan sənədləri təqdim edir.
Bakalavriat:
Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur. Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.
Magistratura:
Sənədlərin tanınması xidməti ödəniş əsasında həyata keçirilir
Ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödəməlidirlər.
Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. Tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir,
Qeyd edək ki, təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan əvvəl verildiyi ölkədə leqallaşdırılmalıdır.