Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
AzEdu.az xəbər verir ki, imtahanda 1 əcnəbi olmaqla 13 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
Növbəti TOEFL iBT imtahanının iyulun 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: //dim.gov.az/activities/exams/toefl/