Azedu.az

Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı

Xaricdə Təhsil

14 Fevral 2020, 10:01
Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı

Latviya Respublikası Hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və  doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox