Kyoto Universiteti Yaponiyada təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edir.
AzEdu.az xəbər verir ki, təqaüd proqramı vasitəsilə gənclər Kyoto Universitetində bakalavr, magistr, doktorantura səviyyəsində təhsil ala bilərlər.
Bakalavr üzrə tədrisin müddəti 4, magistr səviyyəsinə müraciət edənlər üçün 2 ildir. Həmçinin doktorantura səviyyəsi üzrə tədrisin müddəti isə 3 ildir.
Təqaüd aşağıdakı xərcləri qarşılayır:
Təhsil haqqı;
Giriş haqqı;
Qəbul haqqı;
Qeydiyyat haqqı;
Aylıq ödəniş.
Təqaüd proqramına son müraciət tarixi isə 14 fevral 2020-ci ildir.
Qeyd edək ki, ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz