Almaniyada təhsil alacaq tələbələri maraqlandıran əsas suallardan bir də yaşayış yerləri ilə bağlıdır.
AzEdu.az bu yazıda Almaniyadakı təhsil alacaq tələbələrin yaşayış imkanları ilə bağlı suallarını cavablandırır.
Başqa ölkələrdən fərqli olaraq Almaniyada, tələbələr avtomatik, yaşayış yeri ilə təmin olunmurlar. Onlar ya tələbə yataqxanasında, ya da şəxsi evlərdə qalırlar.
Hər bir universitet şəhərciyində tələbə yataqxanası mövcuddur. Yataqxana otaqları, ucuz qalmaq üçün ən yaxşı imkandır. Lakin yataqxanada yer tapmaq da asan məsələ deyil. Bunun üçün mümkün qədər tez müraciət etmək lazımdır.
Digər bir alternativ isə kirayə evlərdir. Mənzil bazarında boş otaqdan tutmuş mebelli evə qədər müxtəlif təkliflər var. Tələbələr daha çox yataqxana tipli mənzillərə üstünlük verirlər. Eynilə bizdəki kimi, bir neçə tələbə toplanaraq bir mənzil kirayə edir. Hər bir tələbənin otağı olsa da mətbəx və vanna otağından ümumi istifadə edilir. Bu alternativin üstünlüyü onun nisbətən ucuz olmasındadır. Həm də yeni insanlarla daha tez tanış olmaq, həm də alman dilini öyrənmək üçün əla imkandır.
Qeyd edək ki, mənzil axtarışı üçün lazımi məlumatları ali məktəblərin beynəlxalq şöbəsindən ala bilərsiniz.