Azedu.az

Mübariz Qurbanlı müsabiqə qalibləri ilə görüşdü - FOTOLAR

4 Sentyabr 2019, 18:01
Mübariz Qurbanlı müsabiqə qalibləri ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə görüş keçirilib.
Gəncləri təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanın, eyni zamanda müxtəlif ölkələrin dövlət-din modelləri, tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə təbliği, komitənin dini maarifləndirmə istiqamətində gördüyü işlər haqqında tələbələrə məlumat verib. Komitə sədri qeyd edib ki, “Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub”. 
Tədbirin sonunda çıxış ətrafında müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb, o cümlədən müsabiqə qaliblərinə DQİDK-nın ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri haqqında ingilis dilində nəşr etdirdiyi kitab təqdim edilib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox