“QS World University Ranking” beynəlxalq reytinq agentliyi 2019-cu ilin ən yaxşı universitetlərin adını açıqlayıb.
AzEdu.az xəbər verir ki, elmi araşdırma, təhsil səviyyəsi, beynəlxalq əlaqə və maddi göstəricilər əsasında hazırlanan siyahının ilk 10-luğunda aşağıdakı universitetlər var:
Massaçuseç Texnologiya İnstitutu
ABŞ-ın ən nüfuzlu universiteti olan Massaçuseç Texnologiya İnstitutu robototexnika və süni intellekt sahəsində novatordur. Massaçuseç Texnologiya İnstitutu ABŞ-ın Massaçuseç ştatında yerləşir. İnstitut mühəndislik, iqtisadiyyat, fizika, kimya və riyaziyyat sahələri üzrə ölkənin digər universitetlərindən seçilir.
Stanford universiteti
Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri də Stanford universitetidir. Stanford Universiteti ABŞ-da yeləşir. Universitetin əsası 1891-ci ildə qurulub. Stanford Universitetində hüquq, tibb, texniki, musiqi və digər fakültələr üzrə tədris aparılır.
Stanford Universiteti ABŞ-ın Silikon Vadisində yerləşir. “Hewlett-Packard”, “Electronic Arts”, “Sun Microsystems”, “Nvidia”, “Yahoo!”, “Cisco Systems”, “Silicon Graphics” və “Google” kimi şirkətləri məhz bu universitetin məzunları təsis ediblər.
Harvard Universiteti
Dünyanın ən çox tanınan ali təhsil müəssisələrindən biri Harvard Universitetinin əsası 1636-cı ildə qurulub. Bu təhsil müəssisi ABŞ-ın Massaçuseç ştatında yerləşir.
Harvard Universiteti məzunları sırasında milyarderlərin sayına görə ölkədə birinci yeri tutur. Onun kitabxanası ölçülərinə görə ABŞ üzrə birinci, dünya üzrə isə üçüncü yerdədir.
Oksford Universiteti
Dünyanın ən köhnə ingilisdilli universitetlərindən biri də Oksford universitetidir. Universitet İngiltərənin Oksford şəhərində yerləşir. Bu ali məktəbdə təhsil ödənişlidir.
Kaliforniya Texnologiya İnstitutu
ABŞ-ın aparıcı təhsil müəssisələrindən biri Kaliforniya Texnologiya İnstitutudur. İnstitut dəqiq elmlər və mühəndislik sahələri üzrə ixtisaslaşıb. Bu institutun 17 məzunu və 18 professoru Nobel mükafatına layiq görülüb.
Zürih Texniki Universiteti
Dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri də Zürih Texniki Universitetidir. Bu universitet 1855-ci ildən bəri fəaliyyət göstərir.
Kembric Universiteti
Böyük Britaniyanın ən qədim və böyük universitetlərindən biri də Kembric Universitetidir. Kembric universitetinin 88 məzunu Nobel mükafatına layiq görülüb. Bu göstəriciyə üzrə universitet dünya birincisidir.
London Universitet Kolleci
Böyük Britaniyanın nüfuzlu universitetlərindən biri də London Universitet Kollecidir. Bu universitetin əsası 1826-cı ildə qoyulub.
London İmperial Kolleci
London İmperial Kolleci mühəndislik, tibb və biznes sahəsi üzrə ixtisaslaşan ali təhsil müəssisəsidir. İmperial kolleci Qızıl üçbucağa daxildir. Xatırladaq ki, Qızıl üçbucaq – Britaniyanın elit universitetlərinin daxil olduğu qrupdur.
Çikaqo Universiteti
ABŞ-ın Çikaqo Universitetinin əsası 1890-cı ildə qoyulub. Bu universitet ABŞ-ın Çikaqo şəhərində yerləşir. Universitet dünya üzrə elm, cəmiyyət və siyasət sahəsindəki nüfuzu sayəsində tanınır.
Təhsil ocağı özündə kollec, müxtəlif aspiranturaları, komitələri, 6 peşəkar tədris və fasiləsiz təhsil institutunu birləşdirir.
Humanitar və təbiət elmlərindən başqa, universitet öz peşəkar təhsil institutları ilə tanınır.