Yaponiyada 2019-2020-ci tədris ili üzrə magistratura, doktorantura və ya tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan olunub.
AzEdu.az xəbər verir ki, təqaüd proqramına sənəd qəbulu 2019-cu il iyunun 10-dək həyata keçiriləcək. Namizədlər arasında ingilis və yapon dillərini bilənlərə üstünlük veriləcək.
Təqaüd proqramına Yaponiyaya gediş və qayıdış aviabiletləri, təhsil haqqından azad olma, aylıq xərclər daxildir.
Proqramda iştirak etmək istəyənlər təhsil aldığı ixtisas və ya onunla əlaqəli sahəyə uyğun seçim aparmalıdırlar.
Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar sənədlərini qeyd olunan tarixə kimi Yaponiyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, təqaüd proqramında iştirak etmək istəyənlər yapon və ingilis dili üzrə imtahan verəcəklər. İmtahan tarixi isə 15 iyundur.