Xəbər verdiyimi kimi Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.
AzEdu.az-ın məlumatına görə, Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr dərəcəsinə qəbul olunmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Gənclər Fondunun rəsmi internet səhifəsində qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Müraciətçilər üçün prioritet ixtisasların siyahısını təqdim edirik:
Təhsil ixtisasları qrupu
-Təhsil idarəçiliyi
-Təhsildə sosial-psixoloji xidmət
Humanitar və sosial ixtisaslar qrupu
-Beynəlxalq hava hüququ
-Dövlət Siyasəti
-Psixologiya
-Sosial iş
-Sosiologiya
-Turizm hüququ
Mədəniyyət və incəsənət ixtisasları qrupu
-Abidələrin bərpası və rekonstruksiyası
-Art-menecment
-Xoreoqrafiya sənəti
-İnstrumental ifaçılıq
-Kinooperator
-Kinossenarist
-Kinoşünaslıq
-Musiqişünaslıq
-Muzeyşünaslıq
-Prodüserlik
-Rejissorluq
-Solo oxuma
-Qrafika
-Teatrşünaslıq
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
-Davamlı inkişafın idarə edilməsi
-Davamlı inkişafda təbii ehtiyatların idarəedilməsi
-İnnovasiyaların və layihələrin idarə olunması
-İnvestisiyanın iqtisadi qiymətləndirilməsi
-Mühəndislik layihələrinin idarəedilməsi
-Turizm marketinqi
Təbiət ixtisasları qrupu
-Kompüter elmləri
Texniki və texnoloji ixtisaslar qrupu
-Aerokosmik mühəndislik (Aerospaceengineering)
-Biotexnologiya
-Böyük verilənlərin emalı və süni intellekt
-Dəniz texnikası və texnologiyası mühəndisliyi
-Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
-Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
-İnformasiya texnologiyaları mühəndisliyi
-Kiber təhlükəsizlik
-Kompüter mühəndisliyi
-Kosmik texnika və texnologiyalar mühəndisliyi
-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
-Memarlıq
-Nanotexnologiya
-Nəqliyyat mühəndisliyi
-Peyk müşahidəsi (“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin
məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün
DÖVLƏT PROQRAMI”na əsasən)
-Proqram mühəndisliyi
-Robototexnika
-Sənaye mühəndisliyi və idarəetmə
-Şəhərlərin nəqliyyat planlaşdırılması və idarə olunması mühəndisliyi
-Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
-Turizmdə informasiya texnologiyalarının tətbiqi
-Yerin məsafədən müşahidəsi və Coğrafi İnformasiya Sistemləri (Remote
sensing and GİS)
Kənd təsərrüfatı ixtisasları qrupu
-Aqroekologiya
-Aqromühəndislik
-Aqronomluq
-Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
-Baytarlıq
-Ərazi planlaşdırma və rayon plana alınması
-Qida təhlükəsizliyi
-Şərabçılıq
-Torpaqşünaslıq və aqrokimya
-Zootexniklik
Səhiyyə, rifah və xidmət ixtisasları qrupu
-Davamlı turizm
-Destinasiyanınidarəedilməsi
-Əczaçılıq
-İctimai səhiyyə və səhiyyənin idarəedilməsi
-Qlobal turizm idarəçiliyi
-Mədəni irs və turizmin idarəedilməsi
-Tədbir təşkilatçılığı
-Turizm bələdçiliyi
-Turizm və qastronomiya/restoran işi
-Turizm və otelçilik
-Turizm və sosial-mədəni servis xidməti
-Turizmdə mədəni irsin idarəçiliyi
-Turizmdə nəqliyyat xidmətləri
Qeyd edək ki, 23 iyun 2019-cu il saat 18:00-dək müsabiqəyə müraciətlər qəbul ediləcək.