“Türkiyə universitetlərinə yalnız magistr diplomu ilə doktorantura dərəcəsi üzrə qəbul olmaq mümkündür”.
Bunu AzEdu.az-aaçıqlamasında “VisionAcademy” Tədris Mərkəzinin Türkiyədə təhsil üzrə mütəxəssisi Rəşad Abbasov deyib.
Onun sözlərinə görə, Türkiyənin bəzi universitetlərinə doktorantura dərəcəsi üzrə qəbul olmaq üçün müəyyən fənlərdən imtahan vermək lazımdır:
“Türkiyə universitetlərində doktorantura dərəcəsinə qəbul şərtləri ali təhsil müəssisələrinə görə dəyişir.Buradakı universitetlərdəyalnız magistr diplomu və türk dili bilgisini əks etdirən sənədlədoktorantura dərəcəsinə qəbul mümkündür. Amma əksər universitetlər üçün mütləq imtahan nəticələrinə ehtiyac var. Türkiyə universitetlərində imtahan verərək doktorantura təhsili almaq istəyənlər ALES , YDS, TOEFL və ya TYS dil sertfikatınıalmalıdırlar. Universitetlərin daxili qərarlarına əsasən, istər müsahibə, istərsə də müsahibəsiz qəbul prosesi mümkündür.
Türkiyədə tibb sahəsi üzrə doktorantura təhsili verən ən yaxşı ali təhsil müəssisələri isə Hacettepe Universiteti və İstanbul Cerrahpaşa Universitetidir”.
Rəşad Abbasovun sözlərinə görə, Türkiyə universitetlərində doktorantura dərəcəsi üzrə təhsil alanlar daha çox xanım tələbələrdir:
“Türkiyə universitetlərində doktorantura dərəcəsi üzrə ödənişli əsaslarda oxumaq istəyənlər üçün təhsil haqqı 200-2000 AZN aralığında dəyişir. Ödənişsiz əsaslarla oxumaq istəyənlər isə Türkiyəburslarına müraciət edib, şanslarını yoxlaya bilərlər. Onu da qeyd edim ki, Türkiyə burslarına müraciət üçünyaş məhdudiyyəti var; yalnız 35 yaşa qədər olan doktorant namizədlər müraciət edə bilərlər. Əlavə olaraq, onu da bildirim ki, burslara müraciət zamanı gənclərin bakalavr və magistr diplomdakı göstəricilərə də önəm verilir. Həmçinin, onların sosial fəaliyyəti və ailələrinin maddi durumuna da diqqət edilir. Təqaüdü qazanmaq istəyən gənclər öncə müsahibəyə çağırılır.Müsahibədən uğurla keçən şəxslər isə təqaüdü qazana bilirlər.
Türkiyə bursları tələbələrin təhsil haqqısını, yataqxana və ildə 1 dəfə gediş-gəliş xərclərini qarşılayır. Təqaüdü qazanan gənclərə aylıq 1400 YTLəlavə xərclər də verilir.
Əlavə olaraq, onu da bildirim ki, Türkiyə universitetlərində doktorantura dərəcəsi üzrə təhsil almaq üçün müraciət edənlər daha çox xanımlardır. Yəni digər sahələrdə çalışmaq və ya vəzifədə yüksəlmək üçün magistr diplomu yetərlidir. Türkiyədə universitetlərində doktorantura dərəcəsi üzrə təhsil almağı hədəfləyən xanımların əksəriyyəti oxuduğu universitetlərdə müəllim kimi qalıb, orada karyera qurmağı planlayırlar”.