Almaniyanın Berlin Texniki Universiteti beynəlxalq tələbələr üçün təqaüd proqramı təklif edir.
AzEdu.az xəbər verir ki, təqaüd proqramları DAAD (Alman Akademik Mübadilə Xidməti)-ın dəstəyi ilə təşkil edilir.
Proqramda iştirak üçün müvafiq ixtisaslar:
Sahibkarlıq, “Satellite Design”, “3D çap” və Robototexnikadır.
Təqaüdlər 3 kateqoriyadan ibarətdir:
Yaşayış xərclərini qarşılamaqla 1000 avro;
Səyahət xərclərini qarşılayan;
Prezident təqaüdü – tam olaraq təhsil, qismən yaşayış və səyahət xərclərini qarşılayır.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
İngilis dili sertifikatı;
Transkript;
CV (max. 2 səhifə);
Motivasiya məktubu;
Tövsiyə məktubu.
Təqaüd proqramında iştirak üçün son müraicət tarixi 9 aprel 2019-cu ildir. Təqaüd 3 kategoriya üzrə qiymətləndirilir.
Qeyd edək ki, daha ətraflı məlumat və qeydiyyat üçün proqramın saytına daxil ola bilərsiniz:
//www.tu-berlin.de/menue/summer_university/scholarships/