Abituriyentlərin həddən artıq dərs oxumasının mənfi nəticələri olduğuna inanmaq çətindir. Amma psixoloq Aytən Ələkbərovaya görə, bu, sosial fobiyaya səbəb ola bilər.
Psixoloq məsləhəti rubrikasında bu dəfə Aytən Əələkbərova danışdı:
“Valideyn övladını dostlarından, yoldaşlarından kənarlaşdırdıqda sosiallaşma və effektiv ünsiyyətin azalması baş verir”.
AzEdu.az videomüsahibəni təqdim edir.
Qeyd edək ki, video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.