Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AzEdu.az DİM-in avqustun 3-ü saat 11:35-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 177 nəfər uğur qazanıb. Onlardan 48-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2031 nəfər sənəd verib. Müsahibə avqustun 4-də başa çatacaq