Azedu.az

BSU-nun"Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

Universitetlər

31 Oktyabr 2025, 14:14
BSU-nun"Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə  AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Tədris məsələləri üzrə prorektoru Fikrət Cahangirov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Fikrət Cahangirovun açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsinin reallaşdırılması ilə bağlı AzEdu.az-a təşəkkür edib və həmin gənclərə təbrikini ünvanlanıb:

171475

“Biz təhsil sahəsinə hər zaman maraq göstəririk. Təhsilin problemlərini bilən insanlarla müzakirələr aparmaq həm daha maraqlı, həm də daha səmərəlidir. AzEdu.az Təhsil Portalı təhsilin bütün səviyyələri ilə əlaqədar qurumlarla geniş əməkdaşlıq imkanlarına malikdir.

Tələbə əgər “Brend tələbə” adını qazanıbsa, deməli, o, seçilən, fərqlənən tələbədir. Layihənin meyarları ilə tanış olmuşam və hesab edirəm ki, bu meyarlara cavab verən hər bir tələbə həqiqətən “Brend tələbə” adını daşımağa layiqdir.

Layihənizi alqışlayıram və düşünürəm ki, bu təşəbbüs tələbələrin inkişafında, onların sosiallaşmasında mühüm rol oynayacaq".

Daha sonra Elşad Eyvazlı universitet rəhbərliyinə və kollektivə təşəkkürünü bildirərək niqtinə başlayıb:

171473"“Brend tələbə” adını qazanan Bakı Slavyan Universitetinin tələbələrini təbrik edirəm. Arzu edirəm ki, bu brendliyi hər zaman qoruyasınız. Ömrünüzün digər sahələrində də brend olmağınızı diləyirəm. 

Bu il layihəyə 29 ali təhsil müəssisələri qoşulub. Əsas məqsədimiz gənclərin hər hansı sahədə qazandıqları uğurları cəmiyyətə göstərməkdir. Gələcək hədəfimiz isə Azərbaycanın bütün universitetlərini layihəyə daxil etməkdir".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Bakı Slavyan Universitetinin"Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Nicat Məmmədov- Sosial elmlər fakültəsinin tələbəsi;

Anastasiya Quliyeva-Şərqi Avropa dilləri fakültəsinin tələbəsi;

İlqarə Əlizadə-Təhsil fakültəsinin tələbəsi;

Violetta Əhmədova-Xarici dil müəllimliyi fakültəsinin tələbəsi;

Xədicə Qasımova-Qərbi Avropa dilləri fakültəsinin tələbəsi;

Səidə Tağıyeva- Filologiya fakültəsinin tələbəsi;

Əliyaqub İsrafilov- Şərqi Avropa dilləri fakültəsinin tələbəsi;

Çinarə İsazadə-Qərbi Avropa dilləri fakültəsinin tələbəsi;

Təzəgül Vəlizadə-Xarici dil müəllimliyi fakültəsinin tələbəsi;

Günel Vəlizadə -Sosial elmlər fakültəsinin tələbəsi.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox