Lənkəran Dövlət Universitetinda (LDU) tələbələr üçün “Layihələrin İdarə Edilməsi” mövzusunda iki həftəlik maarifləndirici təlim keçirilib. Gənclərin təşəbbüskarlığını və idarəetmə bacarıqlarını gücləndirmək məqsədilə keçirilən tədbir təlimçi Kənan Əhmədbəylinin təqdimatında reallaşıb.
AzEdu.az xəbər verir ki, təlimdə iştirakçılar real layihə menecmentinin mərhələləri-layihənin planlaşdırılması, komanda və resursların idarə olunması, qrafik və büdcə planının tərtibi, risklərin qiymətləndirilməsi və hesabatvermə barədə məlumatlandırılıblar.
Təlim sessiyalar, interaktiv oyunlar, komanda çalışmaları və real vəziyyət üzərində simulyasiyalarla müşayiət olunub. İştirakçılar qruplara bölünərək öz layihələrini planlayıb, icra və təqdim ediblər.