Azedu.az

ATU-nun “Brend tələbə”ləri mükafatlandırılıb- FOTOLAR

Universitetlər

28 Oktyabr 2025, 18:00
ATU-nun “Brend tələbə”ləri mükafatlandırılıb- FOTOLAR

AzEdu.az və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə ATU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Qeyd edək ki, AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Tərbiyə işləri üzrə prorektor dosent Mahir Səfərov,ATU-nun I müalicə profilatika fakültəsinin dekanı dosent Elşad Novruvov, ATU-nun II müalicə profilatika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, ATU-nun əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, ATU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Tərbiyə işləri üzrə prorektor dosent Mahir Səfərov açılış nitqi ilə başlayıb.

Çıxış edən Tərbiyə işləri üzrə prorektor dosent Mahir Səfərov tələbələrə daim adlarını belə seçilən saxlamağı arzu edib və tədbir iştirakçılarına universitetdə baş verən son yeniliklər haqqında məlumat verib:

"İlk növbədə mükafata layiq görülən tələbələri təbrik edirəm. Arzu edirəm ki, 'Brend tələbə'lərimiz hər zaman yüksək uğurlar qazansın. Həmçinin onların fəaliyyəti yalnız universitet illəri ilə məhdudlaşmasın, universitetdən sonrakı dövrdə də nailiyyətləri bol olsun".

AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı “Brend tələbə” adına layiq görülən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib:

171107"Vaxt ayırdığınız üçün ilk növbədə universitet rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Bu il layihə 3-cü ildir ki, həyata keçirilir. Layihədə bir neçə meyar nəzərə alınır. Məsələn, tələbənin universitetdən kənar fəaliyyəti, dil bilikləri, idarəçilik bacarıqları və digər göstəricilər birləşdirilərək "Brend tələbə"ləri ortaya çıxarırıq. Əsas məqsədimiz gənclərin hər hansı sahədə qazandıqları uğurları cəmiyyətə göstərməkdir".

Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

171106

"Düşünürəm ki, minlərlə tələbənin arasından seçilən 10 nəfər olmaq həm qürurverici, həm də böyük məsuliyyətdir. Universitetinizin sizıəri bu siyahıya daxil etməsi, tələbəlik həyatınız boyunca göstərdiyiniz səyləri, bilik və bacarıqlarınızı yüksək qiymətləndirdiyini göstərir. Ümid edirəm ki, gələcəkdə də bu etimadı doğruldacaqsınız.

AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən layihə artıq 3 ildir davam edir. Layihəyə başladığımız zaman 20 universitet əməkdaşlıq edirdisə, bu gün bu sayı 29-a çatıb. Gələcək hədəfimiz isə Azərbaycanın bütün universitetlərini layihəyə daxil etməkdir.

Görüşdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram"

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində (ATU) "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Kənan Kazımov - I Müalicə-profilaktika fakültəsinin tələbəsi;

Gülay Novruzova- I Müalicə-profilaktika fakültəsinin tələbəsi;

Fidan Vəlizadə- I Müalicə-profilaktika fakültəsinin tələbəsi;

Eldar Baxşəliyev- II Müalicə-profilaktika fakültəsinin tələbəsi;

Leyla Əhmədova-  II Müalicə-profilaktika fakültəsinin tələbəsi;

Teymur Rəhimov- Əczaçılıq fakültəsinin tələbəsi;

Jalə Abbasova- Əczaçılıq fakültəsinin tələbəsi;

Nigar Əfəndiyeva- Stomatologiya fakültəsinin tələbəsi;

Xəyal Fətullayev -  Stomatologiya fakültəsinin tələbəsi;

Nailə Əhmədova- İctimai Səhiyyə fakültəsinin  tələbəsi.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox