Azedu.az

BMU tələbəsi Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb

Universitetlər

27 Oktyabr 2025, 15:04
BMU tələbəsi Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri - Məhəmməd Cavadzadə, Əli Mehtizadə, İsmayıl Əhmədov və Nihad Qasımov Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən IV Beynəlxalq Kimya Olimpiadasında (IChO) uğurla çıxış ediblər.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

Rusiya, Çin, İran, Yaponiya, Rumıniya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, ümumilikdə 13 ölkədən 40-dan artıq nüfuzlu universitetin, 300-dən artıq tələbənin iştirak etdiyi yarışmada BMU-nun “Kimya mühəndisliyi” ixtisasının III kurs tələbəsi Məhəmməd Cavadzadə gümüş medala layiq görülüb.

Beynəlxalq Kimya Olimpiadası kimya sahəsində istedadlı gənclərin bilik və bacarıqlarını nümayiş etdirdiyi, eləcə də elmi potensialın inkişafına töhfə verən ən önəmli yarışlardan biridir. BMU tələbələrinin olimpiadada uğurla çıxış etməsi və II yeri qazanması ali təhsil ocağında elmi hazırlığın yüksək səviyyəsini, tələbələrin peşəkar inkişafına göstərilən dəstəyi bir daha təsdiqləyir.

Tədbir çərçivəsində dostluq və mədəni əməkdaşlıq ruhunda maraqlı proqram da təqdim olunub. Türkmənistanlı tələbələrin ifasında nümayiş etdirilən milli Azərbaycan rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox