Azedu.az

Mədrəsə təhsili bugünkü dünyadan geri qalır - Rektor

Universitetlər

Müəllimlər və elm adamları

22 Oktyabr 2025, 12:48
Mədrəsə təhsili bugünkü dünyadan geri qalır - Rektor

Tədbirdən öncə bir məqalə oxudum. Burada mədrəsələrin radikallıqla əlaqələrindən bəhs olunurdu. 

AzEdu.az xəbər verir ki, bu fikirləri "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpozium zamanı Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib:

“Nəticə ondan ibarətdir ki, radikallığın birbaşa mənbəyi mədrəsə təhsili deyil. Lakin problemlərdən biri də məhz budur: Mədrəsə tələbələri arasında məzhəbi biliklərinin aşağı səviyyədə olduğu göstərilir. 

Müasir dünyanın reallıqları İslam dünyasındakı mədrəsələr tərəfindən tam nəzərə alınmır. Tədqiqatlar göstərir ki, biz orta əsrlərin dünyagörüşünü müasir dünyaya gətirib tətbiq etməyə çalışırıq və bu da problemlər yaradır. Axı bizim öz-yeni dünyamız var. 

Mədrəsə tədrisi də daxil olmaqla bu məsələlər müzakirə olunmalıdır. 

Simpoziumun mahiyyəti də hər ölkənin öz modelini təqdim etməsi və modellərdən birini seçməkdir".

Mehdiyevin müxalifət sevgisi - Əli Həsənovun da bu işdə barmağı var?
Son xəbərlərDaha çox