Azedu.az

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir ki Azərbaycanda - VİDEO

Universitetlər

18 Oktyabr 2025, 11:20
Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir ki Azərbaycanda - VİDEO

Artıq iki ildir ki fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universiteti (TAU) dünyanın ilk “çətir universitet” modelini təmsil edir. Bu ali təhsil müəssisəsi Türkiyənin üç aparıcı universitetinin – Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU) və Hacettepe Universitetinin akademik proqramlarını özündə birləşdirir.

AzEdu.az xəbər verir ki, TAU-da tədris prosesi ingilis dilində aparılır. Kompüter mühəndisliyi ixtisası üzrə ODTU-nun, sənaye mühəndisliyi üzrə İTU-nun, qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin tədris proqramları tətbiq olunur. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomları təqdim ediləcək.

Hazırda universitetdə 180-ə yaxın tələbə təhsil alır. Onlar həm nəzəri, həm də praktiki bilikləri Türkiyə və Azərbaycanın akademik mühitlərinin sintezində qazanırlar. Bu model tələbələrə beynəlxalq səviyyədə rəqabət qabiliyyətli bilik və bacarıqlar əldə etmək imkanı yaradır.

Təhsil TV-nin Türkiyə-Azərbaycan Universitetinə dair aşağıda  təqdim etdiyi xüsusi videoreportajında universitetin yaranma məqsədi, tədris sistemi, tələbə həyatından görüntülər və gələcək inkişaf planları təqdim olunur.

Videoreportajı diqqətinizə çatdırırıq.

 

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox