Azedu.az

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

Universitetlər

16 Oktyabr 2025, 13:32
MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyası keçirilir.  

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Daşkənd Beynəlxalq Universiteti tərəfindən həyata keçirilən bu beynəlxalq toplantıda Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov və Beynəlxalq Əməkdaşlıq Ofisinin koordinatoru Pərviz Məmmədrzayev iştirak edirlər.

TÜRKÜNİB-in Baş Assambleyasında üzv ölkələrin ali təhsil müəssisələri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətləri, eləcə də “Orhun Mübadilə Proqramı”nın gələcək inkişaf perspektivləri müzakirə olunur.

“Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan universitetləri arasında tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu proqram türkdilli ölkələr arasında ortaq ali təhsil məkanının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2025-ci ilin 20 oktyabr tarixindən etibarən “Orhun Mübadilə Proqramı” çərçivəsində Özbəkistan universitetlərinə tələbə və müəllim qəbulu ilə bağlı rəsmi elan veriləcək.

Putin Mehdiyevi SATDI - Əliyevə gizli dosye verildi
Son xəbərlərDaha çox