Azedu.az

ADPU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO 

Universitetlər

14 Oktyabr 2025, 14:50
ADPU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO 

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor, filologiya elmləri doktoru Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi professor Fikrət Rzayev açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var:

170100

"Bu kimi layihələr tələbələrin bacarıqlarını inkişaf etdirməsi və gələcək karyera hədəflərini müəyyənləşdirməsi baxımından təqdirəlayiq addımdır. Layihədə iştirak edən tələbələr həm akademik, həm də ictimai fəaliyyətləri ilə örnək olurlar. Universitet rəhbərliyi olaraq bu təşəbbüsü yüksək qiymətləndirir və tələbələrin təşəbbüskarlığını dəstəkləyirik".

Elşad Eyvazlı tədbirin mahiyyətindən söz açıb:

170102

"Layihə tələbələr arasında səmərəli rəqabət mühiti yaratmaq və onların bilik, bacarıqlarını təkmilləşdirmək məqsədini daşıyır. Eyni zamanda, bu təşəbbüs gənclərə öz potensiallarını kəşf etmək imkanı verir və abituriyentlər üçün əlavə motivasiya mənbəyinə çevrilir. Nəticədə, öyrənməyə maraq və şəxsi inkişaf meyli daha da güclənir".

Daha sonra Ləman Novruzova tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

170101

"Layihəyə qoşulan iştirakçı universitetlərin sayının artması ali təhsil müəssisələrinin həm layihəyə, həm də təşkilatçı quruma göstərdiyi etimadın bariz nümunəsidir. Bu təşəbbüsün əsas məqsədi tələbələrin akademik və şəxsi nailiyyətlərini ictimaiyyətə təqdim etməklə gənclərin daha fəal, məqsədyönlü və müasir düşüncəli formalaşmasına dəstək verməkdir. 3 il öncə layihə çərçivəsində 20 universitet ilə əməkdaşlıq edirdik, bu il bu say 29-dur. Bir daha qalib olan tələbələri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Aytac Muradlı- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi;

Nərmin Həsənova- Fizika ixtisasının tələbəsi;

Zərinə Hümbətova- İbtidai sinif müəllimiyi ixtisasının tələbəsi;

Xədicə Babayeva- Təsviri incəsənət müəllimiliyi ixtisasının tələbəsi;

Səfa İdrisov- Kimya və biologiya müəllimliyi ixtisasının tələbəsi;

İlkin Quluzadə- Təlim və tədrisin təşkili və metodikası ixtisasının tələbəsi;

Mehriban Hüseynova- Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi ;

Şərəf Əzəmmədova- RİN ixtisasının tələbəsi;

Səidə Abulova- İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi;

Məleykə İsmayılova- Tarix müəllimliyi ixtisasının tələbəsi;

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox