Azedu.az

Varşava Universitetində "Azərbaycan multikulturalizmi"nin tədrisinə başlanılıb

Universitetlər

13 Oktyabr 2025, 13:22
Varşava Universitetində "Azərbaycan multikulturalizmi"nin tədrisinə başlanılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Polşada "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Report-a Mərkəzdən məlumat verilib.

Belə ki, Varşava Universitetinin Şərqşünaslıq fakültəsində ilk dəfə olaraq bu fənnin mühazirələri təqdim edilib. Fənni Polşada yaşayan və fəaliyyət göstərən azərbaycanlı, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova tədris edir.

Tələbələrə Azərbaycanın multikulturalizm dəyərləri, formalaşmış tolerant mühit və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verilir. Həmçinin Azərbaycandakı etnik və dini müxtəliflik, müxtəlif xalqların və konfessiya nümayəndələrinin dinc yanaşı yaşaması nümunələrindən danışılır.

Qeyd edək ki, Varşava Universiteti "Azərbaycan multikulturalizmi" fənninin tədris olunduğu sayca 27-ci xarici ölkə universitetidir. Tədris prosesi 2025-ci il dekabrın sonunadək davam edəcək.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox