Türkiyənin Ali Təhsil Şurası (YÖK) “2030-a Doğru Türk Yükseköğretiminin Yol Haritası” adlı yeni strategiyasını ictimaiyyətə təqdim edəcək.
Azedu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, YÖK sədri Erol Özvar uğurlu tələbələrə universitet təhsilini 3 ilə bitirmək imkanı veriləcəyini bildirib.
O vurğulayıb ki, bu dəyişikliklər təhsilin keyfiyyətinə xələl gətirmədən həyata keçiriləcək.
Özvar həmçinin qeyd edib ki, universitet məzunlarının iş bazarına daha yaxşı hazırlanması üçün praktik və təcrübəyə əsaslanan dərslərin payı artırılacaq. Meslek yüksəkokullarında tətbiqi dərslər və staj proqramları genişlənəcək, praktik faydası olmayan ixtisaslar isə sistemdən çıxarılacaq. Məqsəd tələbələrin bacarıq və təcrübəsini artırmaq, eləcə də “ara ixtisaslı kadr” çatışmazlığını aradan qaldırmaqdır.