Azedu.az

BMU-da tələbələr üçün bədii özfəaliyyət və idman istiqamətlərinə dair təqdimat

Universitetlər

9 Oktyabr 2025, 17:24
BMU-da tələbələr üçün bədii özfəaliyyət və idman istiqamətlərinə dair təqdimat

Bakı Mühəndislik Universitetinə (BMU) yeni qəbul olunan tələbələr üçün bədii özfəaliyyət və idman faəliyyətlərinə dair təqdimat keçirilib.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Əli Hüseynov belə tədbirlərin universitetdə yaradıcılıq mühitinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. O, universitetin ictimai, mədəni və idman istiqamətlərində fəal olmağın əhəmiyyətindən danışıb, tələbələri bu sahələrdə bacarıqlarını nümayiş etdirməyə çağırıb.

BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova birinci kurs tələbələrinə təhsillərində uğurlar arzulayıb. Bölmənin fəaliyyəti, tələbələrin yaradıcılıq imkanlarının inkişafına yönələn layihələr və kollektivin əldə etdiyi uğurlar barədə məlumat verən Z.Axundova gənclərin bədii özfəaliyyətə cəlb olunmasının onların şəxsi inkişafına, yaradıcı potensiallarının üzə çıxarılmasına, komanda ilə işləmək bacarığının formalaşmasına və universitet həyatına daha tez uyğunlaşmalarına mühüm töhfə verdiyini bildirib. O, yeni tələləbələri universitetin müxtəlif bədii kollektivlərinə-rəqs, musiqi, teatr və poeziya qruplarına qoşulmağa dəvət edib.

Təqdimatda, həmçinin BMU-nun İdman klubunun fəaliyyəti barədə danışılıb. Bildirilib ki, tələbələrin müxtəlif idman növlərinə marağını artırmaq üçün universitetdə geniş şərait yaradılıb. BMU tələbələri həm universitetdaxili yarışlarda, həm də respublika səviyyəli turnirlərdə uğurla çıxış edirlər.

Tədbirin sual-cavab sessiyasında tələbələrin fikirləri dinlənilib, fəal iştirak edənlər THİK tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Sonda tələbələrin iştirakı ilə hazırlanmış bədii proqram təqdim edilib.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox