Azedu.az

MDU-da startapçı tələbələrlə görüş keçirilib

Universitetlər

9 Oktyabr 2025, 13:35
MDU-da startapçı tələbələrlə görüş keçirilib

Oktyabrın 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) Ömürboyu Təhsil Məktəbinin təşkilatçılığı ilə Regional Universitet-Sənaye Birliyi Sammiti çərçivəsində keçirilməsi planlaşdırılan “UniSaratup” müsabiqəsi üçün qeydiyyatdan keçən tələbələrlə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşün əsas məqsədi gəncləri layihə və startap dünyası ilə yaxından tanış etmək, onların innovativ ideyalarının formalaşmasına və təqdimat bacarıqlarının inkişafına dəstək göstərmək olub.

Tədbirdə təqdimatçılar qismində Azər Hüseyn, Əziz Əmiraslanov və Elcan Seyidov çıxış edərək tələbələrlə öz bilik və təcrübələrini bölüşüblər. Təlim zamanı “Layihə və Startup anlayışları arasındakı fərqlər”, “Layihə yazısının düzgün struktur qaydaları”, “Layihə hazırlanarkən edilən tipik səhvlər və onların qarşısının alınması yolları”, “Pitch Deck (layihə təqdimatı) hazırlama üsulları”, “Müasir layihə alətləri və platformalar”, “Startap qurucularının qarşılaşdığı çətinliklər və onların həlli yolları” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

İştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyərək real nümunələr üzərində müzakirələr aparıb, öz ideyalarını necə inkişaf etdirə biləcəklərini öyrəniblər. İnteraktiv sual-cavab sessiyası zamanı tələbələr startap ekosistemi, maliyyələşmə imkanları və təqdimat bacarıqları barədə suallarına cavab tapıblar.

Tədbir gənclərin layihə yazmaq, startap ekosistemində iştirak etmək və gələcəkdə uğurlu sahibkarlıq fəaliyyətinə başlamaq istiqamətində motivasiyasını artırıb.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox