Azedu.az

Azərbaycanda İLK - UNEC dünyanın ən yaxşı 1000 universiteti sırasında 

Universitetlər

9 Oktyabr 2025, 08:55
Azərbaycanda İLK - UNEC dünyanın ən yaxşı 1000 universiteti sırasında 

Times Higher Education (THE) Dünya Universitetləri Reytinqi 2026 açıqlanıb. Prezident İlham Əliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır!” tapşırığının icrası istiqamətində UNEC yeni uğura imza atıb.

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov rəsmi “Facebook” hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, THE dünya universitetlər reytinqinə bu il ilk dəfə daxil olan UNEC Azərbaycanda birinci, Cənubi Qafqazda birinci, dünyada isə 801-1000-ci yerə yüksəlib. UNEC dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan yeganə Azərbaycan universitetidir.

Tədqiqat keyfiyyətinə görə UNEC dünyada 481-ci yerdə qərarlaşıb.

Rektor əldə edilmiş bu uğur münasibətilə UNEC ailəsinin hər bir üzvünü təbrik edib və əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, həmçinin THE Dünya Universitetləri Reytinqi 2026-ya daxil olan digər Azərbaycan universitetlərini də təbrik edib, onlara uğurlar arzulayıb.

//www.timeshighereducation.com/.../world-ranking

 

KRİTİK GÖRÜŞ! İlham Əliyevlə Putin bir araya gəlir
Son xəbərlərDaha çox